RU

Rusiyada xərçəng xəstələri üçün yeni dərman istifadəyə verilir



Endofarm Rusiyada kimyaterapiyadan keçən xərçəng xəstələri üçün həyati əhəmiyyət kəsb edən dərman olan Mesnanın kommersiyalaşdırılmasına başlayıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, şirkətin mətbuat xidmətindən verilən məlumata görə, artıq ilk partiyalar Moskvanın tibb müəssisələrinə çatdırılmaq üçün hazırlanır.

Endofarm Rusiyanın bütün regionlarına dərmanın mövcudluğu barədə məlumat verib və tədarük planı hazırlayır. 2026-cı ilin yanvar ayının sonuna qədər zavod ölkənin Mesnaya olan tələbatını tam ödəyəcək.

2025-ci ilin martında “İzvestiya” qəzeti yazıb ki, Rusiya xəstəxanaları xəstələrin tərkibində mesna aktiv maddəsi olan kimyaterapiya dərmanı üçün reseptlərdən imtina etməyə başlayıblar. Qəzetin yazdığına görə, bu dərmanın analoqu yoxdur və 2024-cü ilin dekabrından 2025-ci ilin fevralına kimi mesna üzrə bütün hərraclar heç kim təklif vermədiyi üçün etibarsız elan edilib.

Mehman Mehdiyev
Избранный
53
1
newscenter.az

2Источники