RU

Trampın nüvə sınağı qərarı dünyanı silkələdi ICAN reaksiya verdi

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nüvə gərginliyinin istənilən formada artması ciddi təhlükə yaradır və bunun qarşısı alınmalıdır.

Globalinfo.az xəbər verir ki, bunu Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) media rəhbəri Alistair Burnett deyib.

O, ABŞ Prezidenti Donald Trampın ölkədə nüvə sınaqlarının bərpası ilə bağlı açıqlamasına münasibət bildirib:

“Soyuq Müharibədən bəri ən yüksək səviyyədə və bəlkə də ondan da yüksək səviyyədə olan münaqişə şəraitində nüvə silahından istifadə riski mövcuddur. Nüvə gərginliyinin hər hansı bir şəkildə artması təhlükəlidir və bundan qaçınmaq lazımdır”, – Burnett qeyd edib.

ICAN rəsmisi Ağ Ev rəhbərinin açıqlamasını nüvə təhlükəsini artıran, lazımsız və ehtiyatsız addım kimi qiymətləndirib.

Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Donald Tramp özünün “TruthSocial” hesabında Müdafiə Nazirliyinə nüvə silahı sınaqlarına başlamaq üçün göstəriş verdiyini açıqlamışdı.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
globalinfo.az

1Источники