RU

“Yuventus”un yeni baş məşqçisi bilindi - RƏSMİ

BAKI, 30 oktyabr. TELEQRAF

İtaliyanın “Yuventus" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, “qoca sinyora”nın sükanı arxasına Luçano Spalletti keçib.

66 yaşlı italiyalı mütəxəssislə cari mövsümün sonuna qədər müddəti olan müqavilə imzalanıb. O, bu postda istefaya göndərilən İqpr Tüdoru əvəzləyib.

Qeyd edək ki, Luçano Spalettinin son iş yeri İtaliya milli komandasında olub.

Избранный
26
1
teleqraf.com

2Источники