Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ ordusu Sakit okeanda narkotik qaçaqmalçılığı üçün istifadə edilən daha bir qayığı məhv edib. Avtosfer.az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset "X"də bildirib. Onun sözlərinə görə, ABŞ kəşfiyyatının narkotik qaçaqmalçılığı üçün istifadə edildiyini göstərdiyi qayığa hücum Sakit Okeanın şərqində baş verib. Qayıqdakı dörd ekipaj üzvü də həlak olub. "The New York Times"ın avqust ayında yazdığı kimi, ABŞ prezidenti Donald Tramp gizli şəkildə Latın Amerikası narkotik kartellərinə qarşı hərbi güc tətbiq etməyə başlamaq üçün göstəriş imzalayıb. Bunun ardınca ABŞ-nin əhəmiyyətli əlavə hərbi hissələri Karib dənizi bölgəsinə yerləşdirilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        