Azərbaycanlı qadın beynəlxalq axtarışa verilib. Avtosfer.az xəbər verir ki, Azərbaycan vətəndaşı olan Gövhər Ağaverdiyeva Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçu təşkilatın fəaliyyətində iştirak etmək) və 283-1-ci (xarici dövlətin ərazisində qanunsuz silahlı birləşmədə iştirak) maddələri ilə təqsirləndirilib. Qadın faktla bağlı başlanmış cinayət işi üzrə istintaqdan yayındığı üçün barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. 1981-ci il təvəllüdlü G.Ağaverdiyeva İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib. (Oxu.az)
FOTO QALEREYA
  
                        
                     
                        