RU

Mertz Atatürkün məzarını ziyarət edib

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Türkiyə ilə münasibətlərimizin potensialından daha səmərəli faydalanmalıyıq”

“Biz yeni bir geosiyasi mərhələyə qədəm qoyuruq. Buna görə strateji tərəfdaşlıqlarımızı daha da gücləndirməliyik. Türkiyə ilə münasibətlərimizin böyük potensialından daha səmərəli şəkildə faydalanmalıyıq. Bunu möhkəm bir əsas üzərində qurmaq imkanımız var”.

AYNA.AZ xəbər verir ki, bu sözləri Türkiyədə rəsmi səfərdə olan Almaniya kansleri Fridrix Merz “X” sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

Qeyd edək ki, Türkiyəyə rəsmi səfər edən kansler bu gün Anıtqəbirdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
ayna.az

1Источники