RU

Məhkəmə qaraçılarla bağlı ifadəni təhqir HESAB ETMƏDİ

Almaniyada məhkəmə qaraçılarla bağlı ifadəni nifrət kimi tanımayıb.

İnterpress.az Almaniya mediasına istinadən xəbər verir ki, hakimin paylaşımı təhqiramiz sayılsa da, cinayət hesab edilməyib.

Türingiyanın Yena apellyasiya məhkəməsi hakimin Facebook-da qaraçıları “əmlakın kimə məxsus olduğunu müəyyənləşdirməkdə çətinlik çəkən köçəri avropalılar” adlandırmasını nifrət təhriki kimi qiymətləndirməyib.

Prokurorluq bu sözləri etnik azlığı “köçəri oğrularla” eyniləşdirmək kimi görsə də, məhkəmə cinayət tərkibi tapmayıb.

Qərara görə, ifadə “kobud şəkildə alçaldıcı” olub, lakin insan ləyaqətinə hücum və ya nifrət niyyəti sayılmayıb.

Paylaşımı yazan hakim əvvəllər miqrasiya işlərinə baxıb. O, hazırda Türingiya Ədliyyə Nazirliyinə keçirilib. İntizam araşdırması davam edir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
17
2
interpress.az

3Источники