RU

Məhkəmə romalarla bağlı ifadəni nifrət kimi TANIMADI

Almaniyada məhkəmə romalarla bağlı ifadəni nifrət kimi tanımadı.

İnterpress.az Almaniya mediasına istinadən xəbər verir ki, hakimin paylaşımı təhqiramiz sayılsa da cinayət hesab edilmədi.

Türingiyanın Yena apellyasiya məhkəməsi hakimin Facebook-da romaları “əmlakın kimə məxsus olduğunu müəyyənləşdirməkdə çətinlik çəkən köçəri avropalılar” adlandırmasını nifrət təhriki kimi qiymətləndirmədi. Prokurorluq bu sözləri etnik azlığı “köçəri oğrularla” eyniləşdirmək kimi görsə də, məhkəmə cinayət tərkibi tapmadı.

Qərara görə, ifadə “kobud şəkildə alçaldıcı” olub, lakin insan ləyaqətinə hücum və ya nifrət niyyəti sayılmayıb.

Paylaşımı yazan hakim əvvəllər miqrasiya işlərinə baxıb. O, hazırda Türingiya Ədliyyə Nazirliyinə keçirilib. İntizam araşdırması davam edir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
36
2
interpress.az

3Источники