RU

Bu küçədə sürücülər hər gün maşını məhəlləyə girişdə saxlayır FOTO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yasamalda sürücülərin bəziləri dayanma-durma qaydalarına məhəl qoymur və avtomobili harda gəldi saxlayırlar.

Avtosfer.az xəbər verir ki, ərazidə nəqliyyat vasitələri üçün rəsmi parkinq yerləri olmasa da, sürücülər avtomobillərini yol kənarlarında və piyadalar üçün nəzərdə tutulmuş sahələrdə saxlamaqda davam edirlər. Belə ki, Bəsti Bağırova küçəsində məhəlləyə giriş hissədə 99-UD-885 dövlət qeydiyyat nişanlı “Nissan ” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinin iki təkərini səkinin üzərində və piyada keçidinin üstündə saxlayaraq ərazini tərk edib. Qeyd edək ki, ərazidə həm kollec, həm də universitet yerləşir. Sürücünün bu davranışı tələbələrin və digər vətəndaşların keçiddən istifadə etməsinə maneə yaradıb.

Məlumata görə, bu kimi qayda pozuntuları barədə dəfələrlə xəbərdarlıq edilsə də, bəzi sürücülər hələ də məsuliyyətsiz davranışlarını davam etdirirlər. Bildirmək istəyirik ki, dayanma-durma qaydalarına riayət olunmaması həm piyadaların təhlükəsizliyini, həm də ümumi yol hərəkəti nizamını pozur.

Fidan

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
2
avtosfer.az

3Источники