RU

İdmançılarımız beynəlxalq turnirdə daha 2 qızıl medal qazanıblar

Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanın boccia üzrə paralimpiyaçıları Qazaxıstanın Aktau şəhərində keçirilən türkdilli dövlətlər arasında beynəlxalq turnirdə daha 2 qızıl medal qazanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, qoşa yarışlarda qüvvəsini sınayan Zaur Veysəlov ilə Günel Rzazadə tandemi BC4 kateqoriyasında, Nəriman Pirquliyev, Orxan Kərimov və Sona Ağayeva triosu isə BC1 və BC2 qarışıq kateqoriyalarında qazaxıstanlı və özbəkistanlı rəqiblərini məğlub edərək birinci yeri tutublar.

Qeyd edək ki, Qazaxıstan, Türkiyə, Özbəkistan və Qırğızıstan idmançılarının da mübarizə apardığı yarışda daha əvvəl Nəriman Pirquliyev (BC1), Orxan Kərimov (BC2), Zaur Veysəlov (BC4), Sona Ağayeva (BC2) və Günel Rzazadə (BC4) qızıl medal qazanaraq himnimizi səsləndirib, Bəhruz Mirzəyev (BC4) isə gümüş medalla kifayətlənib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
6
sia.az

5Источники