RU

Bu səbəbdən bəzi banklar bağlana bilər AÇIQLAMA

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Problemli kreditlərin artmasına səbəb əslində insanların və sahibkarların gəlirlərinin azalmasıdır". Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Əkrəm Həsənov deyib. O bildirib ki, maaşlar artmır, qiymətlər isə artır, belə bir vəziyyətdə vətəndaşlar borclarını ödəyə bilmirlər:"Gəlirləri azaldığı üçün kreditlərini ödəyə bilmirlər. Gələn ildən bu vəziyyət daha da pisləşəcək. Çünki həm qiymət artımı davam edəcək, həm də vergi yükü də artacaq. Bu, banklar üçün də pisdir, çünki problemli kreditlərin artması bəzi bankların bağlanmasına kimi gətirə bilər. Əhali üçün də mənfi haldır, gərək əmlaklarını satsınlar ki, kreditlərini ödəyə bilsinlər, sahibkarlar isə müflisləşirlər. Bu da ümumilikdə ölkə iqtisadiyyatı üçün pisdir".Cavidan Mirzəzadə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
demokrat.az

1Источники