RU

Almaniya kansleri: Türkiyəni Avropa Birliyində görmək istəyirik

Almaniya

Almaniya Türkiyəni Avropa Birliyində (AB) görmək istəyir.

Reyting.az
xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Almaniya kansleri Fridirx Merz deyib.

Fridrix Merz Türkiyəyə səfəri çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdən sonra Ərdoğan və Merz mətbuat konfransı keçiriblər.

Merz deyib: “Mən və Federal hökumət Türkiyəni AB-də görmək istəyirik. Mən bu məsələ ilə bağlı strateji dialoq təklif etdim. Dialoqun bərpa olunmasını istəyirik”.

Merz həmçinin Almaniya tərəfindən geri göndərilən miqrantlar məsələsinə də toxunub. O, miqrantların geri qaytarılması üçün Ankara ilə əməkdaşlıq etmək istəklərini də dilə gətirib.

Merz müdafiə sənayesində birgə layihələrin həyata keçirilməsinin vacibliyini də vurğulayıb.

Almaniya kansleri Türkiyənin təhlükəsizlik siyasətində əvəzolunmaz tərəfdaş olduğunu və daha sıx əməkdaşlıq etməyi planlaşdırdıqlarını bildirib.

ELÇİN
Избранный
40
1
reyting.az

2Источники