RU

Xidmətdən buraxılan hərbi qulluqçulara verilən işdən çıxarma pulu dəyişib

Nazirlər Kabineti “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” qərarda dəyişiklik edib.

APA-nın xəbərinə görə, qaydanın adı dəyişdirilib, “Hərbi qulluqçulara və ədliyyə orqanlarının rəis və sıravi heyətinə ödənilən işdənçıxarma müavinətinin miqdarı və ödənilməsi şərtləri haqqında” olacaq.

İndiyə qədər məhkəmənin qərarı ilə xidmətdən buraxılanlar istisna olmaqla, hərbi xidmətdən başqa əsaslara görə buraxılmış zabitlərə daxili işlər və ədliyyə orqanlarının orta, böyük və yüksək rəis heyətinə mənsub şəxslərə iki aylıq maaş həcmində işdən çıxarma pulu verilib. Dəyişikliyə əsasən, bu halda hərbi qulluqçulara və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə iki aylıq vəzifə və rütbə maaşı həcmində işdən çıxarma pulu veriləcək.

Избранный
10
28
apa.az

10Источники