RU

Azərbaycanda "Yüksəkixtisaslı miqrant" portalının əsasnaməsi təsdiq edilib

Bakı. Trend:

Azərbaycanda "Yüksəkixtisaslı miqrant" portalının əsasnaməsitəsdiq edilib.

Trend xəbər verir ki, bununlabağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, portala inteqrasiya olunacaq informasiyasistemlərinin siyahısı da təsdiqlənib. Qərar portalın fəaliyyətininhüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir

"Yüksəkixtisaslı miqrant" portalı müasir tələblərə cavab verənyüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərinAzərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlbedilməsi imkanlarının genişləndirilməsi məqsədilə onlarınYüksəkixtisaslı Miqrant Proqramı çərçivəsində müraciətlərininelektron qaydada qəbulunu və cavablandırılmasını, eyni zamandaAzərbaycanda vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş hüquqi vəfiziki şəxslərin, habelə xarici hüquqi şəxsin nümayəndəliyinin vəya filialının sorğusu əsasında onların yüksəkixtisaslı miqrantlarlaəlaqələndirilməsini təmin etməlidir.

Məqalədə:
Избранный
21
az.trend.az

1Источники