RU

Kremldən Vaşinqtona təhdid – “Biz də bunu edəcəyik”

“ABŞ suveren ölkədir və suveren qərarlar vermək hüququ var, lakin Putin dəfələrlə bəyan edib ki, kimsə moratoriumdan əl çəksə, Rusiya buna uyğun hərəkət edəcək”.

NOCOMMENT.az RBC telekanalına istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü brifinqdə bildirib.

O, nüvə sınağına moratoriumun tətbiqini xatırladıb və Trampın digər ölkələrin sınaq keçirməsi barədə açıqlamasında söhbətin nədən getdiyini bilmədiyini söyləyib.

Mətbuat katibi qeyd edib ki, əgər ABŞ prezidenti Rusiyanın “Burevestnik” qanadlı raketinin sınağını nəzərdə tuturdusa, o, nüvə olmayıb. O, Trampın bu hadisə ilə bağlı düzgün məlumatlandırıldığına ümid etdiyini bildirib.

Rusiya oktyabrın 21-də qitələrarası ballistik raketi “Burevestnik”i sınaqdan keçirib Baş Qərargahın rəisi Valeri Gerasimov ötən bazar günü bu barədə Putinə məlumat verib. Generalın sözlərinə görə, raket sınaq zamanı 14 min kilometr uçub, təxminən 15 saat havada qalıb. “Bu, son hədd deyil”, – general əlavə edib.

Prezident Donald Tramp oktyabrın 30-na keçən gecə bildirib ki, Pentaqona bu cür proqramları həyata keçirən digər ölkələrlə “bərabər əsasda” nüvə silahlarının sınaqlarına başlamağı və bunu dərhal etməyi əmr edib.

Vaşinqton və Moskva 1990-cı illərdə nüvə sınaqlarına moratoriumlar qoyub. Bundan əlavə, hər iki ölkə Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsini (CTBT) imzalayıb, aamma tərəflər sənədi hələ ratifikasiya etməyib.

Xatirə SADİQ

Избранный
21
nocomment.az

1Источники