RU

Azərbaycan nümayəndə heyəti Astanada beynəlxalq təhsil konfransında iştirak edir

Astana, 30 oktyabr, AZƏRTAC

Astanada “Nazarbayev İntellektual məktəbləri” tərəfindən təşkil edilən “Rəqəmsal dövrdə məktəb təhsili: Əsas trendlər və tələblər” mövzusunda 14-cü beynəlxalq konfrans keçirilir.

AZƏRTAC tədbirin təşkilatçılarına istinadla xəbər verir ki, konfransda Qazaxıstanın bütün bölgələrindən müəllimlər, hökumət nümayəndələri, həmçinin Birləşmiş Krallıq, ABŞ, Finlandiya, Avstraliya, İtaliya, İspaniya, Çin və digər ölkələrdən gəlmiş mütəxəssislər daxil olmaqla təxminən 1500 iştirakçı rəqəmsal transformasiya kontekstində məktəb təhsilinin inkişafının mövcud tendensiyalarını, çətinlikləri və perspektivləri müzakirə edir.

Azərbaycan, Özbəkistan, Qırğızıstan, Kamerun və Malayziyadan nümayəndələr də bu tədbirə qatılıblar. Belə bir geniş təmsilçilik dialoqun beynəlxalq miqyasını vurğulayır.

Konfrans iştirakçıları iki gün ərzində yeni tədris metodlarını, şagirdlər üçün rəqəmsal savadlılığın inkişafını, süni intellektdən təhsil prosesində istifadə imkanlarını və risklərini müzakirə edəcəklər.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Избранный
28
azertag.az

1Источники