Rusiyada qadın avtomobil pedallarını səhv basaraq polis məmurunu başqa avtomobilə çırpıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Sankt-Peterburqda 49 yaşlı qadın avtomobilində pedal səhvi edib və polisi avtomobillə vurub. 46 yaşlı yol polisi qadına qəzanın baş verdiyi yerdə avtomobili kənara çəkməyi tapşırmışdı.
Qadın qəfil sürətlənərək polisin avtomobilini digər avtomobilə çırpıb. Sonradan o, həyəcanlandığını və pedalları qarışdırdığını bildirib.
Qadın barəsində inzibati protokol tərtib edilib, cinayət işi açılması məsələsi araşdırılır.
Məlumata görə, polisin gələcəkdə normal gəzə bilməməsi riski mövcuddur.
Xuraman Etibarlı
İnterpress.az