RU

Aycan Bicanova: “Azərbaycan Qazaxıstanın əsas ticarət tərəfdaşıdır”

Azərbaycan Qazaxıstanın əsas ticarət tərəfdaşıdır və rəqəmsal əməkdaşlığa, eləcə də innovasiyaların tətbiqinə xüsusi əhəmiyyət verir.

Bu sözləri Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Aycan Bicanova Bakıda keçirilən Avrasiya Françayzinq Forumunda deyib. O bildirib ki, Qazaxıstan Azərbaycanla rəqəmsal həllərin və françayzinq modellərinin birləşməsində də böyük perspektivlər görür və bunun ticarəti daha əlçatan, şəffaf və sürətli edəcəyinə inanır. “Türk dövlətlərinin vahid brendi ilə françayzinq tərəfdaşlığının inkişafında böyük potensial mövcuddur. Qazaxıstan tərəfindən irəli sürülən ümumi türk patent təşkilatının yaradılması istiqamətində sənədlərin razılaşdırılması həyata keçirilir. Bundan sonra ilk strateji layihə kimi vahid ümumtürk brendinin qeydiyyata alınması faydalı olardı”, – nazir müavini qeyd edib.

A.Bicanova iki ölkə arasında iqtisadi əlaqələrdən də söz açaraq deyib ki, 2025-ci ilin 8 ayında Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı ticarət dövriyyəsi təxminən 350 milyon ABŞ dolları təşkil edib və bu rəqəmin yaxın zamanda 1 milyard dollara çatdırılması hədəflənir.

Ticari əlaqələrdə Transxəzər beynəlxalq marşrutunun önəmi də vurğulanıb. Belə ki, son 5 il ərzində bu marşrut üzrə ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə - 6 dəfə artıb və 2024-cü ilin yekunlarına görə, ticarət dövriyyəsinin həcmi 4,5 milyon dollar təşkil edib. Bu rəqəmi cari ildə 5 milyon dollara çatdırmaq hədəflənir.

Избранный
60
vergiler.az

1Источники