RU

"Volkswagen" son beş ildə ilk dəfə ziyana uğradı

Avropanın ən böyük avtomobil konserni "Volkswagen" 2025-ci ilin üçüncü rübünü son beş ildə ilk dəfə böyük ziyanla başa vurub - 1.072 milyard avro.

Avtosfer.az xəbər verir ki, şirkətin maliyyə hesabatında belə deyilir.

Bildirilir ki, "Volkswagen" 2025-ci ilin üçüncü rübündə avtomobil satışının 1% artmasına baxmayaraq ziyana düşüb. Bu müddət ərzində maşın istehsalı 4.9% artıb.

2025-ci ilin ilk üç rübünün nəticələrinə görə, "Volkswagen Group"un vergilərdən sonrakı mənfəəti 2.6 dəfə azalıb (təqribən 3.405 milyard avro). İlin əvvəlindən satışlar 1.2% artaraq 6.604 milyon avroya çatıb.

Qeyd edək ki, şirkət ziyana uğradığı barədə sonuncu dəfə 2020-ci ilin ikinci rübündə məlumat vermişdi.

Избранный
8
3
avtosfer.az

4Источники