RU

Müəlliminə dəyər verməyən təhsil sistemi tənəzzül edər

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“ETN dünən 5 saat dərsi olana müəllim demirdi, sabah da hər gün 8 saat məktəbdə olmayana müəllim deməyəcək.

Təbii ki, bu “İnnovasiya” təhsilə, məktəbə və müəllimə olan məhəbbət və hörmətdən qaynaqlanmır”.

Bunu Gununsesi.info-ya açıqlamasında dosent İlham Əhmədov deyib:

“Məqsəd repetitorluğu rəsmən məktəbə daşımaq, repetitorluqda monopoliya yaratmaq, məktəbin pul qazanmasına qismən nail olmaq, məktəbi PHŞ etmək, evində və kurslarda dərs deyən müəllimlərin imkanlarını məhdudlaşdırmaq, onları məktəb direktorundan asılı hala salmaq, bəzi repetitorların məktəbi könüllü tərk etməsi, yeni vakansiyaların yaranması v.s. Son məqsəd isə təhsili tamamən pullu etməkdir.

Təhsil ticarət deyil. Təhsil — milli sərvətdir. Təhsil nə məmurun, nə də bazar əmlakı, şəxsi sərvət deyil. Təhsil, müəllimlə cəmiyyət arasında müqəddəs bir etibar, etimad ümid əsaslı münasibətidir”.

O, qeyd edib ki, əgər bu münasibət kommersiya maraqları ilə zədələnərsə, itirən təkcə müəllim yox, gələcək nəsillər, bütün xalq olacaq:

“Hər hansı islahat adı altında qəbul edilən qərarların məqsədi müəllimi asılı hala salmaq yox, onu gücləndirmək olmalıdır. Təhsilin gələcəyi – azad müəllimdə, şəffaf sistemdə, bərabər imkanlardadır”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
icma.az

1Источники