RU

Orban ABŞ yə gedir

ain.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Macarıstanın Baş naziri Viktor Orban ABŞ prezidenti Donald Trampla Vaşinqtonda görüşmək üçün səfərə çıxacaq. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, görüşün əsas mövzusu ABŞ və Rusiya arasında Budapeştdə keçirilməsi planlaşdırılan görüş və Amerikanın enerji sanksiyalarından azadolma məsələsi olacaq. 

Danışıqlar 7 noyabr tarixinə təyin olunub. İki lider energetika, müdafiə sənayesi, iqtisadiyyat və maliyyə sahələrində əməkdaşlıq sazişləri imzalayacaqlar.

Bu görüş həmçinin iki dövlət başçısına, ABŞ və Rusiya arasında görüşə və bu vasitə ilə Rusiya–Ukrayna sülh sazişinə aparacaq yol xəritəsini müəyyənləşdirmək imkanı da verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
operativmm.az

2Источники