"Qazaxıstanda ikinci atom elektrik stansiyasının tikintisi layihəsinin tezliklə başlanması gözlənilir"
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
"Bizim tikilməli atom elektrik stansiyaları var. Artıq birinci stansiyanın tikintisinə başlanılıb. Biz ikinci AES layihəsinin icrasına tezliklə başlamağı planlaşdırırıq", - o qeyd edib.
Bundan əvvəl “Rosatom”un iştirakı ilə respublikada ilk atom elektrik stansiyasının tikintisinə başlanılmışdı.
 
                        