RU

Günəş sistemindən keçən sirli obyekt alimləri narahat etdi Yadplanetlilər ola bilər

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Harvard Universitetinin astrofiziki Avi Ləb bildirib ki, 3I/ATLAS adlı ulduzlararası obyekt Günəş sistemindən keçərkən qəribə trayektoriya izləyib. Alimin sözlərinə görə, bu obyektin davranışı onun mənşəyi barədə ciddi suallar doğurur.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 3I/ATLAS artıq Günəş sisteminin yarısını qət edib, lakin onun "Oberman" manevrini (sürət qazanmaq üçün cazibə qüvvəsindən istifadə edən hərəkət üsulu) qeyri-adi trayektoriya ilə həyata keçirməsi tədqiqatçıları təəccübləndirib.

Avi Ləbin açıqlamasına əsasən, obyektin Yerə ən yaxın məsafədən keçidi 2025-ci il dekabrın 19-da baş verəcək. Həmin vaxt alimlər onun əsl mənşəyini müəyyənləşdirmək imkanı əldə edəcəklər.

"Əsas sual ondan ibarətdir ki, 3I/ATLAS doğrudanmı təbii kometa təsiri bağışlayan, amma daxilində potensial təhlükə daşıyan bir "Troya atıdırmı?" – deyə tədqiqatçı öz bloqunda yazıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
1
baku.ws

2Источники