RU

Şəhid Aydın Nuriyevin nəşinin qalıqları Göyçayda dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Nuriyev Aydın Nəriman oğlunun nəşinin qalıqları Göyçay rayonunun Mırtı kəndində ailəsinə təhvil verilib.

APA-nin Şirvan bürosu xəbər verir ki, şəhidlə vida mərasimi keçirilib.

Mərasimdə Göyçay rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhid ailələri, qazilər və şəhidin ailə üzvləri iştirak edib.

Cənazə namazı qılındıqdan sonra onun şəhidin nəşinin qalıqları Mırtı kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, şəhid Aydın Nuriyev 1966-cı ildə Göyçayın Mırtı kəndində anadan olub.

A.Nuriyev 1992-ci ildə Xocalı könüllü müdafiə batalyonunun tərkibində döyüşlərdə iştirak edib.

1992-ci il fevralın 26-da Xocalıda itkin düşüb.

Избранный
24
3
apa.az

4Источники