Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Paytaxtın Heydər Əliyev prospektində qayda pozan piyadalar görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 27-də səhər saatlarında qeydə alınıb. Kadrlarda bir neçə qadının müəyyən olunmamış yerdən yolu keçdiyi, hərəkətdə olan avtomobillərə isə məhəl qoymadığı aydın görünür. Xoşbəxtlikdən ərazidən keçən sürücülər ehtiyatlı davranaraq baş verəcək qəzadan yayınıblar.
Qeyd edək ki, piyadaların yolun hərəkət hissəsini keçərkən yalnız piyada keçidlərindən istifadə etməsi vacibdir. Belə hallarda qaydalara əməl olunmaması həm piyadanın, həm də digər yol iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradır.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.
 
                        