RU

Yadigar Muradov süni tənəffüs aparatına qoşuldu

Şuşa Dövlət Musiqili Dram Tearının direktoru Yadigar Muradov süni tənəffüs aparatına qoşulub.

Kulis.az xəbər verir ki, bu barədə teatrın direktor müavini Azad Məmmədov məlumat verib.

O, Yadigar Muradovun səhhətinin stabil olduğunu bildirib: “Reanimasiyadadır, az-az hərəkət edir. Həkimlər çalışır. Əminik ki, aparılan müalicə effekt verəcək. Əsas odur ki, Yadigar müəllimin səhhəti qaydasına düşsün”.

Qeyd edək ki, bir neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkən aktyor hazırda Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə alır.

Избранный
29
16
kulis.az

10Источники