İsrail Ordusu (IDF) Cənubi Livanın Mahmudiyə bölgəsində Hizbullah yaraqlılarına aid infrastrukturu, o cümlədən raket buraxma qurğusu və tunelin girişinə havadan zərbə endirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə IDF məlumat yayıb.
Bildirilir ki, bölgədə belə infrastrukturun mövcudluğu İsrail və Livan arasında razılaşmaların pozulması deməkdir.
 
                        