RU

Deputat sosial sahədə aparılan islahatlar barədə məlumat verib- ÖZƏL

Milli Məclisin deputatı Vüqar Bayramov Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil edilən "İnsan Kapitalı üçün İnvestisiya üzrə Beynəlxalq Elmi Simpozium"unda çıxış edib. "Olaylar" xəbər verir ki, millət vəkili çıxışında Azərbaycanda sosial sahədə aparılan islahatlar barədə məlumat verib: "Çıxışımda qeyd etdim ki, 2025-ci ildə Azərbaycan dövlət büdcəsindən sosial istiqamətə 16.9 milyard manat vəsaitin ayrılması həyata keçirilir. Adambaşına düşən sosial xərclər isə min dollara yaxındır. Bu ilin avqust ayında Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında bağlanan sülh anlaşması regionun inkişafı üçün yeni imkanlar açır. Bu həm də sosial təminat tədbirlərin daha da genişləşdirilməsi üçün maliyyə təminatını gücləndirəcək.
Aktiv sosial proqramlara gəldikdə isə, hazırda ünvanlı sosial yardımdan 83 min ailə və ya 353 min ailə üzvü faydalanır. 600 mindən çox uşaq aktiv sosial proqramlar ilə dəstəklənir. 150 mindən çox uşaq isə birbaşa sosial müavinətlərdən faydalanır. Azərbaycanın artan maliyyə imkanları insan kapitalının inkişafı üçün daha geniş imkanlar yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
19
1
olaylar.az

2Источники