RU

Çingiz Abdullayev: Biz həqiqətlərimizi və mövqeyimizi dünyaya çatdırmalıyıq

Bakı, 30 oktyabr, AZƏRTAC

Xarici dillərdə aparılan təbliğat nə qədər çox olsa, bir o qədər yaxşıdır. Biz həqiqətlərimizi və mövqeyimizi dünyaya çatdırmalıyıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev “Mənim Qarabağa səfərim” kitabının təqdimatı zamanı söyləyib.

"Biz yerli yazıçıların kitablarının ingilis, rus, fransız və digər dillərə tərcümə edilməsini istəyirik. Tərcümə edilən dillərin sayı nə qədər çox olsa, həqiqətlərimiz bir o qədər daha geniş auditoriyaya çatacaq. Xaricdən gələn müəlliflərin yazdıqları kitablar da buna töhfə verir. Belə ki, insanlar Azərbaycanın gerçəkliyini daha yaxşı anlaya bilirlər. Belə layihələrin dəstəklənməsi vacibdir",- deyə o bildirib.

Ç. Abdullayev qeyd edib ki, hazırda alman və fransız dillərində də bir neçə kitab hazırlanır. Bu təşəbbüslər həm ölkəmizin tarixini qoruyur, həm də gələcək nəsillərə həqiqətləri çatdırır. Xocalıda və digər bölgələrdə baş verən insan itkiləri, Azərbaycan xalqının yaşadığı faciələr unudulmamalıdır. Son 35 ildə 35 min insan həyatını itirib. Bu rəqəmlər bizim yaddaşımızda qalacaq və biz həmişə həqiqəti çatdırmalıyıq.

Избранный
24
azertag.az

1Источники