RU

Paşinyandan Zəngəzur dəhlizinə etiraz edənlərə CAVAB

“Bəzi qüvvələr "Tramp marşrutu" proqramını ekstraterritorial kimi təqdim etməyə çalışırlar, lakin bunun heç bir əsası yoxdur”. 

“Cebheinfo.az” xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu 8-ci Paris Sülh Forumunda "Liderlik Yollarının Kəsişməsində" adlı müzakirə zamanı bildirib.

"Bu, dərc olunmuş sənəddir və bütün mümkün prinsipləri sadalayır. Biz onun gələcəkdə həyata keçirilməsi üçün hüquqi çərçivə yaratmaq üzərində işləyirik.

Mənim qiymətləndirməmi bilirsiniz. Bu layihənin irəliləməsinə və həyata keçirilməsinə heç bir maneə yoxdur və olmayacaq. Hazırda sırf əməliyyat məsələsi üzərində işləyirik  ki, mümkün qədər tez həll edək. Çünki həmişə çoxsaylı texniki məsələlər və üzərində işlədiyimiz çoxsaylı formullar var”.

Tramp bildirib ki, onun həyata keçirilməsi üçün lazımi zəmin hazırlanmalıdır. “Hər şey həyata keçiriləcək və əminəm ki, heç bir maneə olmayacaq", - Paşinyan bildirib.

Избранный
36
cebheinfo.az

1Источники