Tbilisi, 30 oktyabr,AZƏRTAC
Ermənistanda həqiqi hərbi xidmət müddəti 24 aydan 18 aya endirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan hökumətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.
Qərar 2025-ci ilin qış çağırışından etibarən tətbiq olunacaq.
Bundan əlavə, Ermənistanda 2027-ci ilin ikinci yarısından məcburi hərbi xidmətin təşkili xərclərinin azalması da nəzərdə tutulub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
 
                        