RU

Bakıda ağac insanların üzərinə aşdı - Xəsarət alanlar var

Bakıda güclü külək ağacı aşırıb.

Ekologiya.az xəbər verir ki, hadisə oktyabrın 29-u saat 18:00 radələrində Səbail rayonu Yusif Məmmədəliyev küçəsi ev 7-nin qarşısında baş verib.

Güclü külək nəticəsində Bakı şəhər sakinləri 2004-cü il təvəllüdlü Nəzrin Müşfiq qızı Mikayılova, 1993-cü il təvəllüdlü Arif Şakiroviç Xoderev və 2002-ci il təvəllüdlü Ramil Ramis oğlu Hüseynovun üzərinə çinar ağacı aşıb.

Xəsarət alan şəxslər xəstənaya çatıdırılıblar. Onlar ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Избранный
21
ekologiya.az

1Источники