RU

Leysan yağışlar daşqınlara səbəb olub - Ölən və yaralananlar var

Vyetnamda güclü leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 10 nəfər həlak olub, 8 nəfər itkin düşüb, 22 nəfər yaralanıb.

Missiya.Az xəbər verir ki, bu barədə ölkənin dövlət orqanları məlumat yayıb.

Məlumata görə, leysan yağışlar Vyetnamın mərkəzi bölgəsində bir neçə əyalətdə ciddi fəsadlara yol açıb. Nəticədə 128 mindən çox ev su altında qalıb, 120-dən çox evə ziyan dəyib.

Daşqınlar təxminən 4 300 hektar çəltik və digər əkin sahələrini, 650 hektar meyvə bağlarını yararsız hala salıb. Eyni zamanda 16 300-dən çox mal-qara və ev quşu tələf olub.

Rəsmilərin məlumatına görə, xilasetmə və axtarış işləri davam etdirilir, təbii fəlakətin vurduğu ziyanın qiymətləndirilməsi aparılır. Zərərçəkmiş ərazilərə təcili yardım və humanitar dəstək göndərilib.

Seyranə QuliyevaMissiya.Az

Избранный
18
1
missiya.az

2Источники