RU

Vətəndaşlar İTS çərçivəsində aldıqları tibbi xidmətləri qiymətləndirə biləcəklər - Şöbə müdiri

Bakı. Trend:

İcbari tibbi sığorta əhalinin sağlamlığının qorunması, tibbixidmətlərin keyfiyyətinin artırılması və sağlam həyat tərzinintəşviqini davam etdirir.

Bunu Trend-əaçıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin(Agentlik) marketinq və tədbirlər şöbəsinin müdiri Pərvin Salahova27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex 2025"də deyib.

O bildirib ki, “E-Təbib" mobil tətbiqi rəqəmsal səhiyyəsahəsində həyata keçirilən ən önəmli layihələrdən biridir.

"Bu tətbiq hər il yenilənərək yeni funksiyalarlazənginləşdirilir.

Yeni xidmət ondan ibarətdir ki, artıq vətəndaşlar icbari tibbisığorta çərçivəsində aldıqları tibbi xidmətləri qiymətləndirəbiləcəklər. Yəni, istifadə etdikləri tibb müəssisəsini, həkimi vəümumilikdə xidmətin keyfiyyətini mobil tətbiq üzərindənqiymətləndirmək imkanı yaradılıb.

Bu da Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) imkanverir ki, vətəndaş məmnuniyyətini izləyərək tibbi xidmətlərinkeyfiyyətini artırmaq üçün konkret addımlar atsın. Hansıxidmətlərin və ya müəssisələrin bəyənildiyi və ya narazılıqdoğurduğu barədə məlumat əsasında daha məqsədyönlü qərarlarveriləcək",- deyə o əlavə edib.

Избранный
25
az.trend.az

1Источники