RU

Bakıda daha bir ərazidə söküntü başlayır - Video

Bakıda daha bir ərazidə binalar plana düşüb, söküntü işlərinə başlanılır.

7News.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Nizami rayonu Qara Qarayev prospekti 36A ünvanında yerləşən istismar müddətini başa vurmuş bir neçə 5 mərtəbəli yaşayış binasından gedir.

Köhnə binaların sökülməsi sakinlər tərəfindən müsbət qarşılanır: "Təmiz şəhər kimi elə mən istərdim ki, köhnə binalar yeniləri ilə əvəz olunsun. Bu həm gözəllik, həm də təhlükəsizlik baxımından çox yaxşı olar”.  

Layihəni həyata keçirən "Kursus Nizami” MTK-dan bildirilib ki, ərazidə 5 binanın söküntüsü baş tutacaq. 5 mərtəbəli köhnə binaları yeni, 16 mərtəbəli binalar əvəzləyəcək.

Sakinlərlə müqavilələr bağlanıb, buna uyğun olaraq bəziləri kompensasiya, bəziləri də inşa olunacaq yeni binadan mənzillərlə təmin olunacaqlar.

Daha ətraflı videomaterialda:
 
 
 

 

Избранный
17
11
7news.az

10Источники