Turkstan.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Qlobal vəziyyəti, regiondakı prosesləri təhlil edəndə Azərbaycan və Ermənistan anladı ki, bizim ümumi maraqlarımız var, xüsusilə Cənubi Qafqaz ölkələrinin taleyinin bir-birinə bağlı olduğunu anladıq. Onilliklər boyu davam edən düşmənçilikdən sonra bunu indi daha aydın görürük”.Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumunda çıxışı zamanı deyib.Erməni baş nazir qeyd edib ki, Azərbaycan və Ermənistan ümumi maraqlar, xüsusən də müstəqilliyin, suverenliyin və dövlətçiliyin möhkəmləndirilməsi üçün ortaq məxrəcə gələ bilər: “Çünki Azərbaycan və Ermənistanın müstəqilliyi və suverenliyinə təhlükə eyni yerdən ola bilər”./publika.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
