RU

Pakistan Əfqanıstan sərhədində silahlı toqquşma: 6 əsgər həlak olub

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün səhər saatlarında Pakistanın Xayber Paxtunxva əyalətində, Əfqanıstanla sərhəd yaxınlığında baş verən silahlı qarşıdurmada biri zabit olmaqla 6 Pakistan əsgəri həyatını itirib.

Ölkə.az "Reuters"ə istinadla xəbər verir ki, insident “Təhrik-e-Taliban Pakistan” (TTP) qruplaşmasının üzvləri ilə təhlükəsizlik qüvvələri arasında baş verib.

Hadisə ordunun qruplaşmanın Doqar bölgəsində gizləndiyi barədə məlumat alaraq əməliyyat keçirməsi zamanı baş verib.

Atışma nəticəsində qrupun yeddi silahlı üzvü də zərərsizləşdirilib.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
1
olke.az

2Источники