RU

ADAU-da bir sıra yeni kitabların təqdimatı keçirilib

Gəncə, 30 oktyabr, Elcan Məmmədov. AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Əsaslı kitabxanasında Energetika və elektrik mühəndisliyi kafedrası müəllimləri tərəfindən hazırlanan bir sıra yeni kitabların təqdimatı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdimatda əvvəlcə Dövlət Himni səsləndirilib, sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Universitetin tədris işləri üzrə prorektoru Əhməd Məlikov müəlliflərə uğurlar arzulayıb.

Təqdimatda Fəxrəddin Yusibovun “Elektrik enerjisi istehsalı texnologiyası”, Arzu İsmayılovun “Elektrik stansiyalarının iş rejimləri və istismarı” və Rövşən Bağırovun “Yüksək gərginlik texnikası” adlı dərs vəsaitləri haqqında iştirakçılara müəlliflər və rəyçilər tərəfindən məlumatlar verilib.

Избранный
38
azertag.az

1Источники