"Azərbaycanda son illərdə səhiyyə sahəsində mühüm inkişaflar müşahidə olunur. Bu inkişafın əsasını isə icbari tibbi sığortanın tətbiqi təşkil edir".
APA xəbər verir ki, bunu İTSDA-nın idarə heyətinin sədri Zaur Əliyev 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex”in rəsmi açılış mərasimində deyib.
O bildirib ki, artıq 5 milyondan çox vətəndaş icbari tibbi sığorta sisteminə müraciət edib və 80 milyondan çox tibbi xidmət göstərilib: “Hazırda yalnız bir neçə sahə icbari tibbi sığorta çərçivəsinə daxil edilməyib, yaxın illərdə onların da bu sistemə daxil edilməsi planlaşdırılır”.
Zaur Əliyev 200-dən çox tibb müəssisə ilə əməkdaşlıq etdiklərini qeyd edib.