RU

Qazaxıstan: Türk dövlətləri vahid brend yaratmaq istiqamətində işləyir

Türk dövlətləri ümumtürk patent təşkilatının yaradılması istiqamətində iş aparır. Bunu Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Ayjan Bijanova Bakıda keçirilən Avrasiya Françayzinq Forumunda bildirib.

Bijanovanın sözlərinə görə, bu təşəbbüs ötən ilin iyununda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən irəli sürülüb və qardaş dövlətlər tərəfindən dəstəklənib.

“Hazırda müvafiq sənədlərin konsepsiyasının razılaşdırılması üzrə təşkilati məsələlər həyata keçirilir. Onun yaradılmasından sonra ilk strateji layihə kimi ümumtürk vahid brendinin qeydiyyatı simvolik addım olardı,” –  Bijanova vurğulayıb.

Nazir müavini bildirib ki, belə bir brend türk dövlətlərinin iqtisadi və mədəni potensialının beynəlxalq arenada tanıdılmasına mühüm töhfə verəcək.

“Bu, bizə Çin, Avropa, Hindistan və Afrika bazarlarına çıxış imkanı yaradardı,” – o əlavə edib.

Bijanova həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) Avrasiya ticarətində artan roluna diqqət çəkib.

“Son beş il ərzində bu marşrut üzrə əmtəə dövriyyəsini 6 dəfə artırmışıq. Keçən ilin yekunlarına görə, dövriyyə 4,5 milyon ton təşkil edib. İlin sonuna qədər bu rəqəmi 5 milyon tona çatdırmağı planlaşdırırıq,” –  o qeyd edib.

Gülnar Nazimqızı

Избранный
6
anews.az

1Источники