RU

2 saata yaxın Tramp-Si Cinpin görüşü: “Fantastik əlaqələrimiz olacaq”

ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin Cənubi Koreyanın Busan şəhərində keçirilən görüş başa çatıb.

Ölkə.az xəbər verir ki, görüş bir saat yarımdan çox davam edib.

ABŞ prezidenti Donald Tramp Busanda Çin prezidenti Si Cinpinlə görüşdən öncə Vaşinqtonla və Pekinin uzunmüddətli perspektivdə “fantastik münasibətlər” quracağına dair fikir bildirib.

"Bu gün çoxdankı dostum, Çinin prezidenti ilə görüşmək mənim üçün şərəfdir. Danışıqlar aparacağıq. Düşünürəm ki, biz artıq bir çox məsələlərdə razılığa gəlmişik və indi daha bir çox məsələlərdə razılığa gələcəyik. Prezident Si Cinpin böyük ölkənin böyük lideridir. İnanıram ki, bizim uzun müddət fantastik əlaqələrimiz olacaq", - Tramp qeyd edib.

Çin prezidenti Si Cinpin bəyan edib ki, Çin beynəlxalq münaqişələrin həllində və qlobal sülhün qorunmasında ABŞ ilə əməkdaşlığa hazırdır.

"Pekin Trampın Qəzzada son atəşkəs razılaşmasına verdiyi böyük töhfəni, Tailand və Kamboca arasında sülh sazişinin imzalanmasını yüksək qiymətləndirir. Çin tərəfi digər qaynar nöqtələrdəki münaqişələrin həllində ABŞ-la əməkdaşlığa hazırdır. Mən inanıram ki, Çinin inkişafı sizin Amerikanı yenidən böyük etmək istəyinizlə paralel gedir", - o bildirib.

Çin lideri deyib ki, Pekin və Vaşinqtonun məsələlərə baxışları heç də hər zaman  uyğun gəlmir və dünyanın iki aparıcı iqtisadiyyatına malik ölkə arasında zaman-zaman fikir ayrılıqlarının yaranması olduqca normaldır.

Mürtəza

Избранный
8
olke.az

1Источники