RU

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oktyabrın 29-da ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
 
Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.
Избранный
16
49
moderator.az

10Источники