RU

Trampla Cinpin görüşdülər - YENİLƏNİB


Cənubi Koreyanın Busan şəhərində Çinin Sədri Si Cinpin və ABŞ prezidenti Donald Tramp arasında 1 saat 40 dəqiqə davam edən danışıqlar başa çatıb. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Telekanal liderlərin görüşünün təfərrüatlarını hələlik təqdim etmir.

Danışıqların əvvəlində Si Cinpin ikitərəfli münasibətlərin mütərəqqi inkişafına çağırıb. O həmçinin qeyd edib ki, Çin və ABŞ müzakirəçiləri əsas ticarət və iqtisadi fikir ayrılıqlarının həlli ilə bağlı konsensusa nail olublar. Tramp isə öz növbəsində Si Cinpinlə görüşünün çox uğurlu olacağına əminliyini ifadə edib.

Mətləb

Избранный
14
1
baki-xeber.com

5Источники