ABŞ prezzidenti Donald Tramp Pentaqona nüvə silahı sınaqlarını dərhal bərpa etməyi əmr edib.
AzPost bildirir ki, bu barədə Tramp özünün sosial media platforması olan TruthSocial-da yazıb.
“Digər ölkələr sınaq proqramları həyata keçirərkən, mən Müdafiə Nazirliyinə nüvə silahlarımızı paritet əsasda sınaqdan keçirməyə başlamağı tapşırdım. Bu proses dərhal başlayacaq”, – deyə ABŞ prezidenti qeyd edib.
Trampın tammiqyaslı nüvə partlayışlarından, çatdırılma vasitələrinin sınaqlarından, yoxsa nüvə başlıqlarının sınaqdan keçirildiyi, lakin partlatılmadığı subkritik sınaqlardan danışıb-danışmadığı bəlli deyil.
ABŞ 1992-ci ildən bəri tammiqyaslı nüvə sınağı keçirməyib.
Son günlərdə Vladimir Putin iki nüvə silahının – Burevestnik raketi, sonra isə Poseydon sualtı pilotsuz təyyarəsinin sınaqdan keçirildiyini elan edib. Əvvəlcə Rusiya heç bir nüvə silahı sınaqlarını elan etməyib.