Bakı. Trend:
Oktyabrın 31-dən noyabrın 2-dək paytaxtda “Bakıya Uçuş.İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” (“Fly to Baku. Art Weekend.Sense the Future NOW”) adlı möhtəşəm incəsənət festivalıkeçiriləcək.
Trend xəbər verirki, bu tədbir incəsənəti, mədəniyyəti və ekologiyanı bir arayagətirəcək.
Layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinintəşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı iləgerçəkləşdirilir. Layihənin müəllifi və təşəbbüskarı Heydər ƏliyevFondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi LeylaƏliyevadır.
Bu immersiv layihə Bakını müasir yaradıcılıq, dialoq vəkəşflərin canlı səhnəsinə çevirəcək. Festivalda xüsusi diqqətokeanlar və dənizlərdəki ekoloji vəziyyətə incəsənət dilivasitəsilə yönəldiləcək. Festivalın əsas mövzusu həyatın,yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Su –davamlılığın, yenilənmənin və ümumi yaddaşın simvolu kimi “ArtWeekend”in əsas elementi seçilib.
Festivalın əsas mövzusu - həyatın, yenilənmənin və dayanıqlıinkişafın rəmzi olan sudur. Davamlılıq, yenilənmə və kollektivyaddaşı təcəssüm etdirən su, “Art Weekend”in əsas elementi kimiseçilib və bu, Azərbaycanın beynəlxalq incəsənət ictimaiyyəti iləmənalı dialoquna töhfə verəcək.
Festival çərçivəsində ən maraqlı proqramlardan biri, RespublikaUşaq və Gənclərin İnkişaf Mərkəzinin direktoru, “Ekosfera”sosial-ekoloji mərkəzinin rəhbəri Firuzə Sultanzadə tərəfindən məhzİncəsənət həftəsonu üçün hazırlanmış “Paratetisin dörd dənizi” adlıimmersiv proqramdır. Bu proqram uşaqlar və onların valideynləriüçün nəzərdə tutulub, bir neçə məkan və istiqaməti birləşdirir.Firuzə Sultanzadənin sözlərinə görə, proqramın məqsədiyaradıcılığı, təhsili və ekoloji düşüncəni birləşdirərək gəncnəslin mədəniyyət və təbiətin əhəmiyyətini dərk etməsinə, eləcə dəincəsənət vasitəsilə öz bacarıqlarını inkişaf etdirməsinə şəraityaratmaqdır. Uşaqlar sadəcə tamaşaçı yox, həm də tamhüquqluiştirakçılar olacaqlar.
Proqram iştirakçıları dörd “incəsənət limanı”ndan ibarətart-kruizə çıxacaqlar, burada musiqi, təsviri incəsənət, elm vətədqiqat “dalğaları” üzərindən səyahət edəcəklər. Hər məntəqədəonları maraqlı və fərqli proqramlar gözləyəcək.
Birinci liman – Respublika Uşaq və Gənclərin İnkişaf Mərkəziolacaq. Burada iştirakçılara art-kruiz pasportları təqdim ediləcəkvə həmin pasportlarda ziyarət edilməli olan dörd məntəqə qeydolunacaq.
“Burada qonaqlar elm atmosferinə düşəcəklər, müxtəlif ustaddərslərində iştirak edəcəklər, peşəkarlar, rəssamlar,heykəltəraşlar, landşaft dizaynerləri və alimlərlə birgəyaradıcılıqla məşğul olacaqlar, müxtəlif təcrübələr aparacaqlar.Məsələn, teatr maskaları hazırlayacaqlar, rəngləyəcəklər, dənizinsəslərinə qulaq asacaqlar, balinalar və delfinlər haqqındaöyrənəcəklər, su ilə bağlı problemləri araşdıracaqlar.”
İkinci liman – Respublika Uşaq və Gənclərin İnkişaf Mərkəzininyaxınlığında yerləşən Azərbaycan Milli İncəsənət Muzeyi olacaq.
“Muzeydə uşaqlar rəssamlarla görüşəcək, onlara ekskursiya təşkilolunacaq. Bütün bu fəaliyyətlər interaktiv və immersiv xarakterdaşıyacaq. Uşaqlara rəssamların suyu necə təsvir etdikləri, suyunbədii fikir vasitəsilə necə ifadə oluna biləcəyi izah ediləcək.Bundan başqa, sulu əsasda akvarel rəssamlığı üzrə ustad dərslərikeçiriləcək. Həmçinin monotypiya – çap qrafikasının bir növü olantexnika təqdim olunacaq. Bu texnikada təsvir rəssam tərəfindənyağlı və ya çap boyası ilə metal lövhə üzərinə çəkilir və dahasonra ofort dəzgahında nəm kağız üzərinə təzyiqlə köçürülür. Genişzalda isə suya, təbiətin mühafizəsinə və dəniz sahilində yaşayanheyvanlara həsr edilmiş müxtəlif animasiya və sənədli filmlərnümayiş olunacaq.”
Üçüncü liman – Azərbaycan Milli İncəsənət Muzeyinin yaxınlığındayerləşən Müslüm Maqomayev adına Azərbaycan Dövlət AkademikFilarmoniyası olacaq.
“Filarmoniyada Əməkdar artist Eyub Quliyevin rəhbərliyi altındaQara Qarayev adına Dövlət Kamera Orkestri çıxış edəcək. Onlar suyahəsr olunmuş dünya və milli klassiklərin, eləcə də müasirmüəlliflərin qısa əsərlərini təqdim edəcəklər. Uşaqlar bu musiqinömrələrinə daxil olacaq, orkestr ilə birgə ünsiyyət quracaq, həttadirijorluq da edəcəklər. İfaçılar əsərlər arasında uşaqlarınsuallarını cavablandıracaq, musiqi alətləri və yaradıcılıq prosesibarədə danışacaqlar. Bu, immersiv teatr formasında təqdimolunacaq.”
Nəhayət, dördüncü liman - Filarmoniyanın yaxınlığında, 6 nömrəliməktəbin qarşısındakı fəvvarəli açıq meydan olacaq.
“Yekun mərhələ üçün biz hətta şişmə hovuzlar və xüsusi yastıqlarda almışıq. Orada böyük kubiklər yerləşdiriləcək, uşaqlar busəthlər üzərində strit-art sınayacaq, sulu əsaslı və silinənmarkerlərlə dənizlər və çaylarla bağlı təsvirlər yaradacaqlar.Burada Dövlət Kukla Teatrı ilə birgə xüsusi immersiv tamaşa təşkilolunacaq. Uşaqlar özləri ustad dərslərində düzəltdikləri kuklalarlaçıxış edib nağıl danışacaqlar. Ən əsası isə dörd dənizə – Qara,Xəzər, Azov və Aral dənizlərinə xüsusi diqqət ayrılacaq. Hər biriöz xarakteri, tarixi və ekoloji problemi ilə təqdim olunacaq. Bütünbunlar assosiativ şəkildə göstəriləcək. Əminəm ki, bu proqramuşaqların yaddaşında uzun müddət qalacaq və onlar ətraf mühiti,yaradıcı insanları, musiqini, yaradıcılığın və ekologiyanın dünyanıqoruyan birləşdirici gücünü hər zaman xatırlayacaqlar.”