RU

Luvr muzeyindəki zinət əşyaları oğurluğunda iki şübhəli etiraf etdi

BAKI, 30 oktyabr. TELEQRAF

Fransanın məşhur Luvr muzeyində baş verən zinət əşyaları oğurluğu ilə bağlı saxlanılan iki nəfər günahını etiraf edib.

Teleqraf xəbər verir ki, bu barədə Paris Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, şübhəlilər həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Hər iki şəxs “qrup halında oğurluq” və “cinayət məqsədli əməkdaşlıq” ittihamı ilə rəsmi istintaqa cəlb olunub.

Hadisə 19 oktyabrda muzeyin Apollon qalereyasında cəmi yeddi dəqiqə ərzində baş verib. Oğrular milyonlarla avro dəyərində doqquz ədəd zinət əşyasını oğurlayıblar.

Избранный
29
teleqraf.com

1Источники