ABŞ prezidenti ölkənin nüvə potensialının dünyanın ən güclüsü olduğunu bildirib...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ölkənin nüvə silahı arsenalının “dünyada ən böyüyü” olduğunu bəyan edib və Pentaqona nüvə sınaqlarına başlamaq göstərişi verib. Bu barədə o, “Truth Social” sosial platformasında yazıb.
Tramp qeyd edib ki, ABŞ-ın nüvə imkanlarının artırılması onun ilk prezidentlik dövründə — 2017–2021-ci illərdə həyata keçirilib: “Böyük dağıdıcı gücünə görə bunu etmək istəmirdim, lakin başqa çıxış yolum yox idi! Rusiya ikinci yerdədir, Çin isə çox geri qalır, amma 5 ildən sonra bərabərləşəcəklər”.
Prezident əlavə edib ki, Pentaqon digər ölkələrin proqramlarına uyğun olaraq nüvə sınaqlarına başlamaq üçün dərhal fəaliyyətə keçməlidir. “Bu proses dərhal başlanacaq”, – deyə Tramp vurğulayıb.
Müşahidəçilər hesab edirlər ki, Trampın bu qərarı ABŞ-ın nüvə strategiyasının yeni mərhələyə keçidini və Rusiya ilə Çin arasında silahlanma balansında rəqabətin daha da kəskinləşəcəyini göstərir.
Poliqon.info