Cənubi Koreya rüsumların aşağı salınması müqabilində ABŞ-a 350 milyard dollar ödəyəcək
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” hesabında açıqlayıb.
"Cənubi Koreya ABŞ tərəfindən onlara tətbiq edilən rüsumları azaltmaq üçün ABŞ-a 350 milyard dollar ödəməyə razılaşdı. Onlar həmçinin neft və qazımızın böyük həcmdə alınması ilə razılaşıblar və varlı Cənubi Koreya şirkətləri və sahibkarları tərəfindən ölkəmizə qoyulan investisiya 600 milyard dolları keçəcək", - Tramp yazıb.