RU

Trampın nəvəsi bu turnirə dəvət aldı - FOTO

ABŞ-ın prezidenti Donald Trampın nəvəsi Key Tramp Floridada keçiriləcək qadınlar arasında LPGA (Ladies Professional Golf Association) turnirində iştirak etmək üçün xüsusi dəvət alıb.

Publika.az xəbər verir ki, bu barədə turnirin təşkilatçıları məlumat yayıb.

18 yaşlı idmançı sponsorun icazəsi ilə 13–16 noyabr tarixlərində Floridanın Belleyr şəhərindəki “Pelican Golf Club”da keçiriləcək və 3,25 milyon dollarlıq mükafat fondu olan “The Annika” turnirində çıxış edəcək.

“LPGA turunda dünyanın ən güclü oyunçularına qarşı oynamaq mənim arzum idi. Bu tədbir inanılmaz bir təcrübə olacaq. Qolfda bir çox kumirim və mentorlarımla qarşılaşmağı səbirsizliklə gözləyirəm,” – deyə Key Tramp bildirib.

O, Donald Trampın oğlu Donald Tramp Cunyordanın qızıdır və 2026-cı ildən Mayami Universitetinin qolf komandasında çıxış etməyə razılıq verib.

Избранный
47
publika.az

1Источники