RU

1 nəfər öldü Dünya nəhənginin qapıçısını 7 ilə qədər həbs gözləyir FOTO

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İtaliyanın "İnter" klubunun ispaniyalı qapıçısı Josep Martines ciddi hüquqi problemlə üzləşib. Futbolçu İtaliyanın Komo şəhərində baş verən yol-nəqliyyat hadisəsində 81 yaşlı kişinin ölümünə səbəb olub. İtaliya mətbuatının məlumatına görə, Martinesin 2 ildən 7 ilə qədər həbs cəzası ala bilər.

Milli.Az xəbər verir ki, hadisə Komoda baş verib. 27 yaşlı Josep Martines idarə etdiyi avtomobillə əlil arabasında hərəkət edən 81 yaşlı kişiyə çırpılıb. Yaralı hadisə yerindəcə dünyasını dəyişib. İtaliya polisi qəza ilə bağlı rəsmi istintaqa başlayıb.

Qəzadan dərhal sonra Martinesin sürücülük bacarığı, refleksləri və avtomobilin sürəti ilə bağlı rutin testlər həyata keçirilib. İlkin nəticələr hadisənin diqqətsizlik və ya yol qaydalarının pozulması nəticəsində baş vermiş ola biləcəyini göstərir.

İtaliya mətbuatı yazır ki, aparılan istintaq nəticəsində Josep Martinesin 2 ildən 7 ilə qədər azadlıqdan məhrum edilə biləcəyi ehtimal olunur. Bundan əlavə, məhkəmə qərarına əsasən futbolçuya pul cəzası da tətbiq oluna bilər.

Hadisədən sonra "İnter" klubu məsələ ilə bağlı hələ rəsmi açıqlama verməyib.Lalə Qüdrətova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
1
news.milli.az

10Источники